Rusiyada 15 yaşlı məktəbli müəllimlə yaxınlıqdan sonra ondan pul tələb edib

15-02-2024, 11:44           
Rusiyada 15 yaşlı məktəbli müəllimlə yaxınlıqdan sonra ondan pul tələb edib
Rusiyanın Penza şəhər gimnaziyasında 22 yaşlı riyaziyyat müəllimi ilə 15 yaşlı səkkizinci sinif şagirdi arasında intim münasibətlər yaşanıb.

Qadın müəllim polisə ərizə yazaraq günahını etiraf edib və azyaşlının ondan susması üçün bir milyon rubl tələb etdiyini bildirib.

Məlumata görə, cinsi yaxınlıq müəllimin avtomobilində baş verib. Bir neçə görüşdən sonra onlar ayrılıblar. Lakin fevralın əvvəlində yeniyetmə müəllimə mesajlar yazmağa başlayıb və onu şantaj edib.

Bu işə oğlanın anası da qoşulub.

Müəllim hadisəni daha gizlədə bilməyəcəyini anlayıb və polisə ərizə yazıb. Həqiqət üzə çıxandan sonra müəllimə qarşı cinayət işi açılıb. Onu 4 ilə qədər həbs gözləyir. Məktəblinin və anasının pul tələb etdiklərinə görə cəzalandırılıb-cəzalandırılmayacağı isə hələlik bəlli deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.