Almaniyada prokuror işləmiş kişi övladına cinsi təcavüz edib
15-02-2024, 17:59
Almaniyada keçmiş prokuror övladına qarşı cinsi təcavüzdə təqsirli bilinib.
Məhkəməyə şikayətlə uşağın anası müraciət edib.
Ana qeyd edib ki, uzun illər ailəli olduğu həyat yoldaşı gecə vaxtı dəfələrlə onların ortaq kəbindən olan səkkiz yaşlı oğluna seksual xarakterli hərəkətlər edib.
Lakin ata ilkin dindirilmə zamanı hadisəni xatırlamadığını və lunatizmdən (yuxu zamanı qeyri-iradi hərəkətlər etmək) əziyyət çəkdiyini bildirib. Məhkəmə keçmiş prokuroru bir il altı ay müddətinə şərti cəzaya məhkum edib.
Öz növbəsində uşağın anası həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.