Niderlanddan ABŞ-yə uçan aviaşirkətin təyyarəsi çürümüş balıq daşıyan sərnişinə görə planlaşdırılmamış eniş etməli olub.
TEREF xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Hadisə Amsterdamdan Detroyta uçarkən Delta Hava Yollarına məxsus təyyarənin göyərtəsində baş verib, baqaj rəflərindən sərnişinlərin üzərinə qurdlar tökülüb
Məlum olub ki, səyahətçilərdən biri təyyarənin göyərtəsində çürük balıq gətirib. Bu səbəbdən təyyarə komandiri təcili eniş etmək qərarına gəlib. Enişdən sonra kabin yuyulmalı olub, qadağan olunmuş yükü daşıyan sərnişin saxlanılıb.