Rusiya Qara dəniz donanmasının komandanı istefaya göndərilib
16-02-2024, 08:27
Rusiya Qara dəniz donanmasının komandanı Viktor Sokolov istefaya göndərilib. Məlumatı “Nexta” yayıb. Bildirilib ki, onu vitse-admiral Sergey Pinçuk əvəzləyib. V.Sokolovun işdən azad edilməsinə səbəb Ukrayna hərbçilərinin Qara dənizdə “Sezar Kunikov” desant gəmisinə uğurlu hücumu göstərilir. Rusiya rəsmiləri informasiyanı hələ ki təsdiqləməyib.