Bəzi qidaların tərkibində diş ətinin iltihabının qarşısını alan maddələr var.Foodinfo.az xəbər verir ki, bu barədə stomatoloq Tatyana Sumtsova danışıb.O, keşyu, qoz, fındıq, badam kimi məhsulların bu növ qidalardan olduğunu bildirir.Qo-fındığın tərkibində faydalı mikroelementlər (ftor, kalsium), A, B, C, D və E vitaminləri var ki, bu da iltihabın, o cümlədən diş əti xəstəliklərinin öhdəsindən effektiv şəkildə gəlir.Dişlər və diş ətləri üçün faydalı olan digər məhsullar arasında yağlı balıqlar (somon, siyənək, skumbriya), otla qidalanan mal əti və toyuqdur.Tərəvəzlər arasında C vitamini ilə zəngin olan brokoli və bolqar bibəri, həmçinin şirin kartof faydalı xüsusiyyətlərə malikdir.Yaşıl çay və kakao da iltihabla mübarizədə təsirlidir.