Psixi xəstə yaşlı kişini qəddarcasına bıçaqladı: Sankt-Peterburqda xəstəxanada cinayət anı - VİDEO

16-02-2024, 16:58           
Psixi xəstə yaşlı kişini qəddarcasına bıçaqladı: Sankt-Peterburqda xəstəxanada cinayət anı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində vərəm dispanserində ölümlə nəticələnən bıçaqlanma hadisəsi olub. Dəhşətli hadisənin görüntüləri müəssisənin müşahidə kamerası tərəfindən qeydə alınıb.

Bildirilir ki, 36 yaşlı pasiyent 60 yaşlı kişiyə bıçaqla hücum edib və onu ağır yaralanıb. Həkimlər qocanın həyatını xilas edə bilməyiblər.

Hücum edən şəxs saxlanılıb. Onun anlaqlı vəziyyətdə olmadığı deyilir.
Hadisə ilə bağlı cinayət işi açılıb.

Mənbə: Kp.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.