İŞİD komandiri məhv edilib -FOTO

1-05-2024, 11:04           
İŞİD komandiri məhv edilib -FOTO
İŞİD-in səhra komandiri “Hiqqo” ləqəbli Əbu Huzeyfə məhv edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə ötən il Mali hakimiyyəti ilə yaxınlaşmağa doğru irəliləyən “Azavadın Xilas Hərəkatı” hərbi-siyasi qrupunun rəhbəri Musa Ağ Aşaratuman elan edib.
Onun sözlərinə görə, terrorçu hökumət qüvvələri tərəfindən bir gün əvvəl Qao bölgəsinin Menaka rayonunda antiterror əməliyyatı zamanı öldürülüb.
Qeyd edək ki, terrorçu 2018-ci ildə Tonqo-Tonqoda Niger-ABŞ patruluna hücumda iştirak etməklə tanınır. “Hiqqo” daha sonra ABŞ-li hərbçilərdən ələ keçirilən silahlarla pozalar verib. ABŞ Dövlət Departamenti terrorçunun yeri barədə məlumat verənə beş milyon dollar mükafat elan etmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru