Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır -İsrafil Kərimovun yazısı

21-05-2024, 10:25           
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır -İsrafil Kərimovun yazısı
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır
28 may 1918-ci il xalqımızın azadlıq və müstəqillik mübarizəsi
tarixinə qızıl hərflərlə həkk olunduğu bir tarixdir. Azadlıq və müstəqillik
arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna
qovuşdu. Bununla da Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi
dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan
edildi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti ölkəmizin çox əsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni
inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi
nəticəsi kimi meydana çıxıb. 1918-ci il mayın 28-də Azərbaycanın
istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül
tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş
şəxslərin, bir sıra görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların,
peşəkar hərbçilərin adları da xalqımızın yaddaşına əbədi həkk olunub.
Prezident İlham Əliyevin Sərəncamı əsasında Bakının mərkəzində
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması çətin şəraitdə
demokratik dövlət qurmağa cəhd edən, fədakarlıq göstərənlərə hörmət və
ehtiramın ifadəsidir.
Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 2018-ci ilin
ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilməsi tarixi
paralellər fonunda müstəqillik tariximizin vərəqlənməsində, hər bir
səhifəsinin oxunmasında, müstəqillik yolumuzun heç də hamar
olmadığının indiki və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadı.
Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini
mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər
hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl
qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan
edilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və
sair kimi mühüm işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin
miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini yenidən
bərpa etdi. Lakin müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin
səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət
maraqlarından üstün tutmaları ölkədə ictimai-siyasi durumun
gərginləşməsinə, xaosun, anarxiyanın, özbaşınalıqların baş alıb
getməsinə səbəb olmuşdu. Ölkə vətəndaş qarşıdurmasını yaşayır,
sabaha olan ümidlər tamamilə itirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə
ümum milli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın
müstəqillik tarixinin yeni, parlaq səhifəsini açdı.
1993-2003-cü illər həll edici illər oldu. Həmin illərdə Azərbaycanda
dövlətçiliyin əsasları qoyuldu. Siyasi islahatlara start verildi, çoxpartiyalı
sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Ölkəmizə
böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna başlanıldı. Nizami
ordunun yaradılması, kadrların yetişdirilməsi istiqamətində önəmli addımlar
atıldı. O kadrlar bu gün də ölkəmizin müxtəlif sahələrinin inkişafına öz
töhfələrini verirlər. Heç də təsadüfi deyil ki, müasir müstəqil Azərbaycan
Heydər Əliyevin şah əsəri adlandırılır.
2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verdi və İlham Əliyev
xalqın yekdil səsi ilə Prezident seçildi. Həyat onu göstərdi ki, son 21 il
ərzində doğrudan da tarixi uğurlara imza atılıb, Heydər Əliyev siyasəti
bütün istiqamətlərdə uğurla davam etdirilib.
Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildən başlanan yolun
mahiyyətini ətraflı şəkildə təhlil edərək o dövrü istər ictimai-siyasi sabitliyin
qorunması, istər dayanıqlı iqtisadi inkişafın təmin olunması, istərsə də ordu
quruculuğu və beynəlxalq münasibətlər sistemində mövqelərimizin
möhkəmləndirilməsi baxımından hazırlıq dövrü kimi xaraterizə etmişdir.
Məhz bu uğurlar Azərbaycanın tarixi Qələbəsinə yol açdı və postmüharibə
dövrü üçün görüləcək işlər üçün təməl rolunu oynadı. Ən başlıcası isə 44
günlük İkinci Vətən müharibəsində şanlı Qələbə qazanıldı.
Bu gün işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini
həyata keçirmək, sodaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün
imkanlarımız mövcuddur.
Ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri
gerçəkləşdirilir. Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyev ölkənin
innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş
dövlət idarəçilik sistemini reallaşdırdı. Bu mənada Azərbaycanın inkişaf
modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin
qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks
tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən
islahatçı ölkə imicini qazandırıb. Son günlər beynəlxalq maliyyə
qurumlarının hesabatlarına diqqət yetirmək kifayətdir. Aparıcı iqtisadi-
maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi
siyasəti, islahatları yüksək qiymətləndirirlər.
Hər zaman bu reallıq önə çəkilir ki, ölkəmizdə iqtisadiyyatın düzgün
əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan
qaldırılmasında stimulverici amil rolunu oynayır. Son 21 ilin bu sahədə əldə
edilən uğurlara diqqət yetirsək görərik ki, Azərbaycan dünyanın enerji
xəritəsini yenidən tərtib edib. Ölkəmizin iqtisadi tərəqqisi güclü sosial
siyasətlə tamamlanır. Dövlətimizin siyasətinin əsasında Azərbaycan
vətəndaşı dayanır. Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı
İlham Əliyev ölkə həyatının bütün sahələrində islahatlar strategiyasını
seçib.
Təhlillər bu ümumiləşdirməni aparmağa əsas verir ki, möhkəm təmələ
əsaslanan siyasətimizin nəticəsi olaraq qarşıya qoyulan hər bir hədəf
gerçəkləşəcək, ölkəmizin qarşısında yeni imkanlar açılacaq. Dövlətimizin
başçısı İlham Əliyevin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını
qoruyur: Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.
Artıq soydaşlarımızın Böyük Qayıdışının və işğaldan azad edilmiş
ərazilərimizin cənnətməkana çevrilməsinin, bu torpaqlara yeni nəfəsin
verildiyinin şahidi olmağa başlamışıq. «Ağıllı şəhər» və «ağıllı kənd»
layihələrinin icrası uğurla həyata keçirilir, infrastruktur layihələrinin icrası, ən
əsası dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında
Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşanın Cıdır düzündə
«Xarıbülbül» musiqi festivalının bərpa olunması sahibinə qayıdan
torpaqlarımızda yeni həyatın başlandığını, diqqət və qayğıdan ruhlanaraq
qonaqlarını böyük sevinclə qarşıladıqlarını nümayiş etdirir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.