Finlandiyada Rusiya Federasiyası ilə sərhədin qismən açılmasından danışıblar

21-05-2024, 17:14           
Finlandiyada Rusiya Federasiyası ilə sərhədin qismən açılmasından danışıblar
Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen "qaçqınlar haqqında qanun"un qəbulundan sonra Rusiya Federasiyası ilə sərhəddə keçid məntəqələrinin açılmasını istisna etməyib.
Finlandiya hökuməti "sığınacaq axtaran şəxslərin ölkədən çıxarılması haqqında" qanunu qəbul etdikdən sonra Rusiya Federasiyası ilə sərhədi qismən aça bilər.
Bunu Finlandiyanın baş naziri Petteri Orpo bildirib.
"Qanun qəbul edildikdə, biz sərhədi ehtiyatla açmağa çalışacağıq" – o, "Yle Radio Suomi"yə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, "bir sərhəd nöqtəsindən başlamağa cəhd etmək olardı". Onun sözlərinə görə, "əməkdaşlıq yaranarsa" digər sərhəd-keçid məntəqələrinin açılması da mümkün olacaq.
Orpo əlavə edib ki, hazırda sərhədin açılmasını gözləyən minlərlə miqrant var.
Daha əvvəl bildirilmişdi ki, Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen "qaçqınlar haqqında qanun"un qəbulundan sonra Rusiya Federasiyası ilə sərhəddə keçid məntəqələrinin açılmasını istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru