Azərbaycanda ilin sonuna qədər quru sərhədlər açılır? - AÇIQLAMA
21-05-2024, 16:18
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb .Xüsusi karantin rejimi dövründə ölkəyə giriş yalnız hava yolu ilə mümkündür. Ölkədə demək olar ki, koronavirus xəstəliyinə yoluxanların sayı azalıb. O cümlədən qızılca səngiməkdə davam edir. İlin sonuna kimi quru sərhədlər açıla bilər?
Məsələ ilə bağlı onkoloq-həkim, tibb elmləri doktoru, professor və səhiyyə eksperti Adil Qeybulla Sonxeber.az-a açıqlama verib:
"Əvvəla qeyd edim ki, epidemioloji vəziyyət hələ də tam düzəlməyib. Bilirik ki, qızılcanın xeyli tüğyan etməsi və onun yeni bir formada ortaya çıxması hələ də tam səngiməyib. Koronavirus pandemiyası bitsə də, epidemik ocaqlar davam edir və ayrı-ayrı yerlərdə biz bu xəstəlikləri qeydə alırıq. Bu xəstələrin çoxu vaksinasiya olunmayan xəstələrdir. Onlar müxtəlif yolla vaksin kağızı alıblar. Bu gün həmin insanlar xəstəliyə yoluxur və problem yaşayırlar. Hesab edirəm ki, ümumi tövsiyələrdən qaçan şəxslər bu xəstəliyə yoluxur. Quru sərhədlərin açılması buna uyğun olacaq. İlin sonuna kimi qərar situasiyalar dəyərləndiriləcək. İlin sonuna kimi epidemioloji vəziyyət ilə bağlı qiymətləndirmələr aparılmalıdır. Buna uyğun quru sərhədlər məsələsinə baxılacaq".