Toni Kross karyerasını başa vurur

22-05-2024, 00:06           
Toni Kross karyerasını başa vurur
“Real”ın almaniyalı futbolçusu Toni Kross karyerasını bitirdiyini açıqlayıb.

Oyunçu bu barədə öz instaqram hesabında yazıb.

O, “Real”da çıxış etdiyi vaxtları həyatının ən uğurlu dönəmləri olduğunu bildirib: “17 iyul 2014-cü il – “Real”da təqdimat günüm, həyatımı dəyişdirən gün. Futbolçu kimi həyatım – amma xüsusilə insan kimi… Bu, dünyanın ən böyük klubunda yeni bir fəslin başlanğıcı idi. 10 ildən sonra mövsümün sonunda bu fəsil başa çatır. Mən o uğurlu vaxtı heç unutmayacağam! Məni açıq ürəklə qarşılayan və güvənən hər kəsə xüsusi təşəkkürümü bildirirəm. Ancaq xüsusilə, əziz Madridistlər, ilk gündən sona qədər göstərdiyiniz məhəbbət üçün sizə təşəkkür etmək istərdim. Eyni zamanda, bu qərar o deməkdir ki, aktiv futbolçu kimi karyeram bu yay Avropa çempionatından sonra başa çatacaq. Həmişə dediyim kimi “Real” mənim son klubumdur. Mən xoşbəxtəm və qürur duyuram ki, qərarım üçün düzgün vaxt tapdım.Mənim ambisiyam həmişə karyeramı yaxşı çıxışımın zirvəsində bitirmək olub”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.