Cerablusu azad edən müxaliflər niyə küçədə yatdılar? - Səbəb
27-08-2016, 08:43
Türkiyənin dəstəyilə Cerablusa girən Suriya müxaliflərinin şəhərə girdikləri günün gecəsi nədən küçədə yatdıqları bəlli olub.
Avropa.info Türkiyənin "Diriliş Postası" qəzetinə istinadən xəbər verir ki, şəhər İŞİD-dən alındıqdan sonra, müxalif hərbçilər evlərə girməyiblər.
Müxaliflərdən Abduləziz adlı bir hərbçi bunu belə izah edib: "Biz işğalçı deyilik, biz Suriyanın öz övladlarıyıq və evlərin pəncərəsindən içəriyə də baxmırıq. Buranı işğal etməyə, talamağa gəlməmişik, buranı İŞİD-dən təmizləyib yerli sakinlərə qaytarmaq üçün gəlmişik. İcazəsiz kimsənin evinə girə bilmərik, ona görə də küçədə yatdıq".