Vəkil Elçin Qəmbərova cinayət işi açılıb. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Məlumatda bildirilir ki, Elçin Qəmbərov dələduzluqda günahlandırılır və ona Cinayət Məcəlləsinin 178-ci (DƏLƏDUZLUQ) maddəsi ilə cinayət işi açılıb.
Xəbərlə bağlı məlumat üçün vəkilin özüylə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Xatırladaq ki, Elçin Qəmbərov bir sıra siyasi məhbusların vəkili olub.
Bununla belə ictimaiyyət arasında onunla bağlı birmənalı mövqe yoxdur. (Gununsesi.info)