Daha 3 xarici şirkət Azərbaycan bazarını tərk edir

7-09-2016, 11:24           

Azərbaycanda 3 xarici şirkətin nümayəndəliyi ləğv olunur. Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.
Nümayəndəliyini bağlayan şirkətlərdən biri "China Geo-Engineering Corporation İnternational" MMC-dir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti,15, məhəllə 1212 ünvanına bildirə bilərlər.
Azərbaycanı tərk edən 2-ci şirkət Böyük Britaniyaya məxsus "Cadbury CIS B.V."-dir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, "Port Baku Taures" Biznes Mərkəzi (Cənub Qülləsi), 9-cu mərtəbə ünvanına bildirə bilərlər.
Bundan başqa, Türkiyəyə məxsus "Elit" MMC Azərbaycanda filialının ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, mənzil 3 ünvanına bildirə bilərlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.