Azərbaycanda güclü partlayış: yaralananlar var - FOTO

7-09-2016, 14:24           

Göyçay rayonunda fərdi yaşayış evində qaz sızması partlayışa və yanğına səbəb olub, bir ailənin 4 üzvü yanıq xəsarətləri alıb.

Bu gün saat 08:00 radələrində rayonun Malı-şıxlı kəndində kənd sakini, 1980-ci il təvəllüdlü Həşimov Atəş Millət oğluna məxsus evin mətbəxində qaz sızması baş verib.

Hadisə zamanı ev sahibi Atəş Həşimov, həyat yoldaşı 1982-ci il təvəllüdlü Həşimova Kəmalə Rza qızı, övladları - 2006-cı il təvəllüdlü Həşimova Səbinə Atəş qızı və 2009-cu il təvəllüdlü Həşimov Samir Atəş oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı yansa da, qalan hissəsi alovdan mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır. (APA)















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.