Bakıda qonşu qonşunu baltaladı

8-09-2016, 08:08           
Bakıda qonşu qonşunu baltaladı
Ötən gecə Bakıda qonşular arasında dava olub.

Musavat.com xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Balaxanı qəsəbəsində baş verib. Şəxsi münaqişə zəminində başlayan dava zamanı qoşusu Xudakərim Əliyevin başına balta ilə zərbə endirib. Zərərçəkən zərbədən sonra yerə yıxılıb və huşunu itirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Yaralı Xudakərim Əliyevin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsinə məlumat verilib. Hadisəni törədən şəxsin tutulması istiqamətinə əməliyyat-axtarış tədbirləri görülür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.