Bakıda faciə: Qonşusunu xilas etmək istədi…

9-09-2016, 13:46           
Bakıda faciə: Qonşusunu xilas etmək istədi…
Dünən Bakıda iki nəfərin ölümünə səbəb olan hadisənin təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, bədbəxt hadisə Sabunçu rayon sakini 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun həyətində baş verib.

E.İbrahimovun həyətində elektriklə işləyən aparatla su quyusu qazan qonşusu 1961-ci il təvəllüdlü Doktorov Anatoli Dmitriyeviç təxminən 20 metr dərinlikdə olarkən huşunu itirib. Bunu görən E.İbrahimov dərhal quyuya enib və qonşusunu xilas etməyə çalışıb. Lakin o da dərinlikdə huşunu itirib. Bunu görən yaxınları quyuya düşməyin riskli olduğunu görərək xilasediciləri çağırıblar.

Lent.az-n məlumatına görə, hər iki şəxsin ölümünə quyu qazılarkən onun dibinə qoyulmuş elektrik generatorunun buraxdığı qaz səbəb olub.

Araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.