İcra başçısı iki məzuna divar saatı hədiyyə edib - Ağsuda gülüş doğuran hərəkət

9-09-2016, 20:21           
İcra başçısı iki məzuna divar saatı hədiyyə edib - Ağsuda gülüş doğuran hərəkət
Ağsu rayonun icra başçısı bu il qəbul imtahanlarında yüksək nəticə göstərən iki məzunla görüşüb.

Rayondakı mənbələrdən Mia.az-a verilən məlumata görə, görüşdə məzunlar və iştirakçılar icra başçısından qiymətli hədiyyələr və pul mükafatı gözləsələr də, icra başçısı 600 balı keçən hər iki məzuna ucuz divar saatı hədiyyə edib. Bu isə rayonda yeni məsxərə mövzusuna çevrilib.

Qeyd edək ki, bu rayonun icra başçısı Ənvər Seyidəliyev nazir Səlim Müslümovun qohumudur. Elə məhz nazir Səlimova görə də ona etimad göstərildiyi də sirr deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.