Böhran sabiq milyarder naziri də vurdu - Tikinti yarımçıq qaldı

10-09-2016, 23:33           
Böhran sabiq milyarder naziri də vurdu - Tikinti yarımçıq qaldı
Bir neçə il öncə, İsmayıllı rayonunun Talıstan kəndində tikintisinə başlanılan "Sheraton İsmayıllı Hotel”in 2014-cü ildə açılışı nəzərdə tutulurdu. Amma hələ də adıçəkilən oteldən xəbər yoxdur.

Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq.

İcra başçısının müavini Rövşən Ağayev Modern. az-a bildirdi ki, hazırda otelin tikintisi yarımçıq qalıb.

"Talıstan kəndində inşa edilən "Sheraton” otelinin tikintisi yarımçıq qalıb. Adıçəkilən otelin tikintisini "İmprotex Real Estate” MMC şirkəti həyata keçirib. Həmçinin, bu tikinti çox bahalı layihə idi. Ölkədə manatın dəyəri dollara nisbətən aşağı düşəndən sonra otelin tikintisi şirkət tərəfindən dayandırıldı. Ona görə də hazırda ərazidə tikinti işləri aparılmır”.

İcra nümayəndəsi tikintisi dayandırılan otellə bağlı gəzən digər söhbətlərə də aydınlıq gətirib: "9 mərtəbəli oteldə tikinti işləri dayandırılsa da, obyektin ərazisi, tikinti materialları həmin şirkət tərəfindən qorunur”.

Yarımçıq qalan tikinti işlərinin yenidən davam etdirilməsinə gəlincə, "adıçəkilən otelin tikintisinin bərpa olunması məsələsi şirkətin kommersiya sirridir. Ola bilsin ki, tikintini davam etdirsinlər. Bu, təbii ki, onların imkanlarından, mövcud durumdan asılıdır”-deyə Rövşən Ağayev əlavə edib.

Xatırladaq ki, "İmprotex Real Estate” MMC şirkəti keçmiş əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərova məxsusdu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.