Gəncədə qızını yandıran ana qaçıb - YENİLƏNİB

12-09-2016, 00:21           

Gəncədə 12 yaşlı qızını yandıran ana qaçıb.

Evdən pul götürdüyü üçün qızı Quliyeva Vüsalə Füzuli qızının üzərinə benzin tökərək onu yandıran 1975-ci il təvəllüdlü Bülbül Qasımova 3 ildir ki, ikinci qrup əlil kimi təqaüd alır, ruhi xəstəlikdən əziyyət çəkir.

V. Quliyeva ailənin yeganə övladı olub. Atası Füzuli QuliyevRusiyaya işləmək üçün gedib.

Hazırda hüquq-mühafizə orqanları övladını yandıran B. Qasımovanı axtarır.

Xatırladaq ki, 2002-ci il təvəllüdlü Vüsalə Fizuli qızı Quliyeva bədənin ağır dərəcəli yanığı xəsarəti ilə Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilsə də, ötən axşam 12 yaşlı qız dünyasını dəyişib./apa

7news.Az

17:32

Gəncədə ana 12 yaşlı qızını öldürüb.
Kəpəz TV xəbər verir ki, fakt şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, hadisəyə səbəb mərhum Vüsalə Quliyevanın evdən 10 manat məbləğində pul götürməsi olub.

Bundan hiddətlənən ana, sənədlə adı Bülbül olub, el arasında isəXalidə Quliyeva kimi tanınan qadın qızının üzərinə benzin tökərək yandırıb. Dəhşətlisi isə odur ki, ana kənardan uşağın yanmasına tamaşa edib və qızı onun gözləri qarşısında canını tapşırıb. Yaxınlarının məlumatına görə, qətli törədən qadın ruhi xəstə olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.