Qurban bayramında ‘’qurbanlıq pivə’’ rəzaləti...

12-09-2016, 21:07           
Qurban bayramında ‘’qurbanlıq pivə’’ rəzaləti...
Piarçılar pivə parçı ilə reklam kampaniyası keçirmək istədilər, bıabırçılıq etdilər

Bayram günlərində müxtəlif kampaniylar, banklar, turizm şirkətlərinin reklam adına bəzi kampaniyalar keçirməsi adət halını alıb və normal qarşılanır. Amma Azərbaycanda piar anlayışı olmayan bəzi müəssisələr üçün bu, normal standartlardan uzaq həyata keçirilir.

Musavat.com xəbər verir ki, sosial şəbəkədə Qurban bayramı münasibətilə pivəxanalardan biri heç bir standarta sığmayan kampaniya həyata keçirib. “Pivnaya apteka” adlı pivəxana İnstaqram səhifəsində öncə səhifə təqibçilərini təbrik edib, ünvanını və telefon nömrələrini elan edib. Ardınca isə “orijinal” bayram kampaniyasının fotosunu paylaşıb. Pivə bakalının üstünə qoyun şəkli həkk edən reklamçılar sloqan da tapıblar. “Birini al, ikincisi qurbandır” reklam şüarı paylaşıldığı andan etibarən izləyicilərin haqlı narazılığına və etirazına səbəb olub. Pivə parçının üzərindəki qoyunun “sərxoş” baxışları ilə mənzərəyə şirinlik qatmaq istəyən piarçıların məqsədi həyata keçməyib və insanlar daha da qıcıqlanıblar. Sonda kafe yanlışını anlayaraq fotonu və reklam kampaniyasını ləğv etsə də, müzakirələr sosial şəbəkədə davam edib.
Sosial şəbəkə istifadəçiləri guya kreativlik adına atılmış bu addıma haqlı olaraq hiddətlə yanaşaraq, bunu milli və dini dəyərlərin tapdanması kimi qiymətləndiriblər.

Sözügedən müəssisənin mövqeyini də işıqlandırmaq üçün əməkdaşımız onlarla əlaqə saxlamağa çalışıb. Amma sualımıza cavab verən səlahiyyətli nümayəndə tapılmayıb. Mövzunu davam etdirəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.