İranlı ayətullah Mövsum Səmədova məktub yazdı:“Aclığı dayandırın”
12-09-2016, 22:06
İranın tanınmış ruhanisi, ayətullah Məkarim Şirazi Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədova məktub yazıb.
Strateq.az bildirir ki, bu barədə Təsnim İnformasiya Agentliyi məlumat yayıb.
Şiə aləminin tanınmış təqlid mərcəsi öz məktubunda hakimiyyətin müəyyən addımlarına etiraz olaraq aclıq aksiyası keçirən və səhhətində ciddi problemlər yaranan Hacı Mövsüm Səmədovu aksiyanı dayandırmağa çağırıb.
Mövsüm Səmədov avqustun 29-dan aclıq aksiyasına başlayıb və aksiyanın tələbləri ilə bağlı həbsxana rəhbərliyini yazılı şəkildə məlumatlandırıb.