Qəbələdə 2500 illik qala divarları aşkarlandı – Video

13-09-2016, 09:41           
Qəbələdə 2500 illik qala divarları aşkarlandı – Video
Qəbələdə azı 2500 il bundan əvvələ aid zəngin tapıntılar aşkarlanıb.

Axar.az xəbər verir ki, tədqiqat işləri rayonun Qala adlanan hissəsində aparılır.

Son tədqiqatların mühüm nəticələrindən biri də Qəbələnin Qala hissəsinin şimal tərəfində X əsrin sonu-XI əsrin əvvəllərində tikildiyi ehtimal olunan qala divarlarının qalıqlarının aşkara çıxarılmasıdır.

"Kanal S"in məlumatına görə, professor Qafar Cəbiyevin rəhbərliyi ilə ekspedisiya hazırda araşdırmaları davam etdirir.

Xatırladaq ki, 70 hektardan çox ərazini əhatə edən qədim Qəbələ şəhərinin qalıqları 1926-cı ildən başlayaraq arxeoloqlar tərəfindən öyrənilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.