Binəqədidə ŞOK! Çiynində əjdaha şəkli olanlar uşağı binadan atdı - FOTOLAR

14-09-2016, 09:13           
Binəqədidə ŞOK! Çiynində əjdaha şəkli olanlar uşağı binadan atdı - FOTOLAR
Sosial şəbəkələrdə Binəqədidə baş verən qəribə hadisə bağlı məlumatlar yer alıb.

Hadisə avqustun 26-da baş verib.

9 mərtəbəli binanın zirzəmisində yaşayan ailənin uşağı Ağdam qaçqını axşam saatlarında 10-a 25 dəqiqə qalmış (qızın adı Aytəndir) evlərində düz qapının ağzından 1 kişi və 1 qadın tərəfindən ağzına keyləşdirici ilə isladılmış qara əsgi basılaraq 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yerə atılıb.

Uşaq çox ciddi zədə və qırıqlarla "Semaşka"ya çatdırılıb. Bir gün komada qaldıqdan sonra uşaq ayılaraq hər şeyi polisə danışıb. Onu binadan atan qadının çiynində əjdaha şəkli olub və şəklin üzərində ölüm yazılıbmış, qadının barmağı yaralı imiş. Uşağın müqavimətlərinə baxmayaraq ilk əvvəl pəncərədən ayaqlarını çıxarıb sonra isə başından basaraq 9-cu mərtəbədən yerə atıblar. (Big.az)















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.