Ucarda DƏHŞƏT: Bu gün səhər xəstəxanaya gələn gəncin ÖLÜSÜ ÇIXDI
14-09-2016, 19:15
Bu gün saat 11 radələrində 1992-cı il tarixdə Ucar rayonunun Qazyan kəndində anadan olmuş Ələkbərov Rəhim Polad oğlu Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin baş həkimi Ramil Əliyevin səriştəsizliyi nəticəsində dünyasını dəyişdi.
DİA.AZ xəbər verir ki, səhər saatlarında Rəhim Ələkbərovun yüngül qızdırması oldu deyə Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gətirilib. Təcili Yardım Şöbəsində oranın baş həkimi Ramil Əliyev xəstəyə sistem qoyub və bundan sonra Rəhimin halı pisləşib. Az sonra isə o, dünyasını dəyişib.
Bu bəlkə də dünyada analoqu olmayan bir olaydır ki, Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin baş həkimi Ramil Əliyevin səriştəsizliyindən baş verdi. Adi qızdırma və üşütməyə görə öz ayağı ilə xəstəxanaya gələn 24 yaşlı gənci savadsız həkim məhv etdi.
DİA.AZ bildirir ki, hazırda mərhumun meydi ekspertiza edilir. Onu da qeyd edək ki, mərhum Rəhim Ələkbərov dünən toy şənliyində olub, heç bir xəstəliyi yox idi. Atası Polad Ələkbərov onkoloji xəstədir.