Məkrli niyyətə bürünənlərin dini istismar etməsi milli kimliymizə ləkədir - Camal Əzimbəyli

16-09-2016, 16:22           
Məkrli niyyətə bürünənlərin dini istismar etməsi milli kimliymizə ləkədir - Camal Əzimbəyli
“Bu gün məkrli niyyətə bürünən birilərinin dindarların dini duyğularını istismar edərək onların adından çıxış etməsi dinimizin prinsiplərinə zidd olduğu qədər, həm də bizim milli kimliyimizə bir ləkədir”.

Bunu Trend-ə Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinqə Əli Kərimlinin dindarları da cəlb etməsi cəhdinə münasibət bildirərkən deyib.

C.Əzimbəyli bildirib ki, Azərbaycanda milli-mənəvi, dini dəyərlərin həqiqi təəssübkeşi Azərbaycan dövləti və dövlət başçısıdır:

“Vətəninə, dövlətinə bağlı olan, siyasi əqidəsindən asılı olmayaraq hər kəs Azərbaycandakı bu dəyərlərin dövlət tərəfindən qorunmasını hər zaman təsdiq edir. İndiki həssas bir dövrdə Azərbaycan dünyəvi ölkə olmaqla dünyada tolerantlığın nümunəsinə çevrilib. Bu baxımdan heç bir dindarın indiki şəraitdə Azərbaycan dövlətinə qarşı hansısa çağırışlar etməsi heç bir halda yolverilməzdir”.

C.Əzimbəyli qeyd edib ki, Milli Şuranın adı bir ləkədir: “Mən dəfələrlə demişəm ki, bu qurumun Milli Şura adlandırılması keçmişimizə, tariximizə də bir ləkədir. Bu mənim açıq fikrimdir. Milli kimliyi ilə dini kimliyinin vəhdətini yaşayan hər hansı bir şəxs dini bu cür istismar edən və insanların dini duyğularından istifadə edənlərə heç bir halda dəstək verə bilməz və bu mümkünsüzdür. Mən bunu təmsil etdiyim 100 minlərlə inanclı, Azərbaycan dövlətinə bağlı insanların adından cəsarətlə deyirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.