İşçəncələri ilə ad çıxarmış "zon" rəisi işdən qovuldu

16-09-2016, 18:05           
İşçəncələri ilə ad çıxarmış "zon" rəisi işdən qovuldu
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Əli Əmirov tutduğu vəzifədən azad edilib.
Bu barədə Gununsesi.info-ya Penitensiar xidmətdəki mənbədən məlumat verilib.
Mənbənin sözlərinə görə, Ə.Əmirov təxminən bir həftə bundan öncə vəzifəsindən azad olunub. Onun yerinə Baş nazirin müavini Abid Şərifovun yaxın qohumlarından biri təyin edilib.
Xəbəri dəqiqləşdirmək üçün Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məlumatı təsdiqlədi. M.Sadıqov faktı təsdiqləsə də, yeni rəisin kimliyi barədə məlumat verməkdən imtina edib.
Qeyd edək ki, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Əli Əmirov Penitensiar Xidmət sistemində məhbuslara qarşı amansız işgəncələr vermə ilə ad çıxarıb.
Xatırladaq ki, bir neçə ay bundan əvvəl 6 saylı Cəzaçəkmə Müəssisəsində onun tərəfindən məhbuslardan birinin döyülərək öldürülməsi barədə də mətbuatda məlumatlar yayılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.