Gəncədə ölən xəstənin qohumları tibb bacısını döydülər

16-09-2016, 22:55           

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında tibb bacısı xəstə yaxınları tərəfindən döyülüb.

"Report"un Qərb bürosu xəbər verir ki, naməlum şəxslər qohumlarının ölməsinə etiraz olaraq xəstəxananın tibb bacısını döyüblər.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin (RPİ) Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, bu gün Gəncə şəhərinin “Qırmızı Kənd” deyilən ərazisində evlərdən birinin divarının uçması nəticəsində 2002-ci il təvəllüdlü Sona İsmayılova və onun bacısı 2001-ci il təvəllüdlü Mehparə İsmayılova uçqunun altında qalaraq ağır xəsarətlər alıb. S.İsmayilova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. M.İsmayılovanın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.