Azərbaycanda 15 minə avtomobil nömrəsi satışa çıxarıldı - Yol polisi hərəkətə keçdi - VİDEO
17-09-2016, 00:50
1500, 2000, 7000, hətta 15 min manat. Nömrə və seriaların düzülüşü kimi qiymətləri də fərqlidir. Bu dəfə telefon yox, məhz avtomobil nömrələri satışı sosial şəbəkələrdə həyata keçirilir. Qanunla qadağan olunsa da amma bir cox sosial şəbəkəsində profil açılaraq nömrələrin satışı həyata keçirilir. Hətta bir profildə nömrələrin əldə olunması üçün hər bir şey ən incə detalına qədər qeyd olunub...Nömrələrin sifariş olunaraq kimdən əldə olunması üçün mobil nömrələr belə yazılıb. Ancaq DİN Baş Dövlət Yol Polisi İdarəsində hesab edirlər ki,nömrələirn bu formada satılması qanuna uyğun deyil. Qanunla dövlət qeydiyyat nişanı 22 manatdan başlayır. Seriaya və rəqəmlərin düzülüşünə görə rüsum 2500 manata kimi yüksələ bilər. Amma hər hansısa bir saytda və ya sosail şəbəkədə bu cür elanlarla nömrələrin satışını heç kim həyata keçirə bilməz.Bunu edənlər isə cinayət məsuliyyətinə cəlb oluna bilər. Baş Dövlət Yol Polisi İdarəsi artıq belə halların çoxalmasını nəzərə alaraq qabaqlayıcı tədbirlərə başlayacaq. [media=https://www.youtube.com/watch?v=Pz_W1xpziWU]