Ərəstun Oruclu ABŞ -a köçdü – media və facebookla əlaqəni kəsdi

18-09-2016, 10:59           
Ərəstun Oruclu ABŞ -a köçdü – media və facebookla əlaqəni kəsdi
Politoloq media ilə əlaqələrini kəsir, facebook profilini bağlayır…
rrTanınmış politoliq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu ABŞ-a köçüb. Musavat.com xəbər verir ki, bu barədə politoloqun özü sosial şəbəkədə məlumat yayıb. Məlumatın məzmunu belədir:
“Dəyərli dostlar.
Bəzi işlər səbəbindən ölkəni bir müddətə tərk etməli oldum və artıq bir neçə gündür ki, ABŞ-dayam. Burada olacağım müddətdə yerli araşdırma mərkəzlərinin birində bəzi mövzular üzərində işləməyi planlaşdırıram. Odur ki, qarşıdakı qısa zamanda işlərimin yetərincə intensiv olacağını nəzərə alaraq, facebook profilimi müvəqqəti bağlamalı olacağam. Ölkə xaricində olduğum müddətdə Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı heç bir şey yazmayacağam və bunun da səbəbi çox sadədir: düşünürəm ki, hər hansı toplumla bağlı sözünü demək üçün ilk növbədə onun içində olmaq vacibdir. Ən azı mənim üçün bu, sözlərinə, əməllərinə görə şəxsi məsuliyyət məsələsidir. Hər halda, ölkə daxilində olduğum müddətdə daim sözümü deməyə çalışmışam və belə də davam edəcəyəm. Hamınıza uğur, ailə səadəti, xoşbəxtlik arzulayıram! Yaxın zamanlarda görüşmək üzrə.
P.S.: Vaxt qıtlığı səbəbindən bir çox şərhlərə və suallara cavab verə bilmirəm. Odur ki, üzürlü sayın. Bu andan etibarən ölkəyə qayıdacağım günədək media ilə də bütün əlaqələrimə fasilə verirəm.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.