BDU-nun on tələbəsi Prezident təqaüdünə layiq görülüb
19-09-2016, 12:55
Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülən tələbələr sırasında Bakı Dövlət Universitetinin (BDU) on tələbəsi var.
BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, həmin tələbələr aşağıdakılardır:
Abdullayeva Töhfə Etibar qızı (690 bal)
Bayramlı İlkin İlqar oğlu (686)
Cəfərov Elgün İlqar oğlu (696)
İsayev Elvin Manaf oğlu (700)
Kərimli Elman Bəhruz oğlu (696)
Qurbanlı Həcər Hatəm qızı (691)
Məmmədova Nuranə Asif qızı (687)
Məmmədzadə İlqar Tacəddin oğlu (690)
Səfərli Məhəmməd Elburus oğlu (692)
Şərifli Əli Mütəlim oğlu (686)
Prezident təqaüdünə layiq görülən tələbələrdən altı nəfəri Azərbaycan, dörd nəfəri isə ingilis bölməsində təhsil alır. 2015-2016-cı tədris ilində BDU-nun altı tələbəsi Prezident təqaüdünə layiq görülmüşdü.
Xatırladaq ki, bu il qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 299 nəfəri, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəri Bakı Dövlət Universitetini seçib. Ümumilikdə BDU-ya 4798 tələbə qəbul olub ki, bu da ötən tədris ilindən 526 nəfər çoxdur. 4798 tələbədən 2349-u dövlət sifarişi əsasında qəbul olunub ki, bu da respublika ali təhsil müəssisələri üzrə ən böyük rəqəmdir və respublika üzrə dövlət sifarişi əsasında ayrılmış ümumi yerlərin 20%-nə qədərini təşkil edir.
Bu gün təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 17 fakültəsində bakalavriat pilləsində 60, magistratura pilləsində isə 37 ixtisas və 204 ixtisaslaşma üzrə təhsil alan tələbələrin sayı 21 mindən çoxdur.