Lerikin PPX rəisi yol qəzasına düşdü - VİDEO

23-09-2016, 14:25           
Lerikin PPX rəisi yol qəzasına düşdü - VİDEO
Ötən gün axşam saatlarında Lənkəran-Lerik yolunun Qurunba kəndi ərazisində yol qəzası baş verib.

AzVision.az "Report"a istinadən xəbər verir ki, Lənkəranda baş verən yol qəzasında Lerik Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinə aid iki avtomaşın toqquşub.

Əks istiqamətlərdə hərəkətdə olan "Hundai" və "Fiat" markalı avtomobillərin toqquşması zamanı ciddi xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Polis əməkdaşı olan Lerik rayonu Günəşli kənd sakini Samir Hüseynovun idarə etdiyi avtomaşında qəza zamanı Post Patrul Xidmətinin rəisi, Lənkəran sakini Rusif Canməmmədov da olub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.