Fil sürüsü zəlzələ zamanı balalarını qorumaq üçün görün nə etdilər - VİDEO

17-04-2025, 07:04           
Fil sürüsü zəlzələ zamanı balalarını qorumaq üçün görün nə etdilər - VİDEO
Kaliforniyada 5,2 bal gücündə zəlzələ zamanı San Dieqo zooparkında balalarını qoruyan fillər kameralara tuş gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, zəlzələ zamanı fil sürüsü balalarını qorumaq üçün sürətlə bir araya gələrək onların ətrafında dairə yaradıb. Zəlzələdən sonra da sürü balalarının təhlükəsiz olduğuna əmin olana qədər eyni yerdə qalıb.

Zooparkın rəhbəri "X" sosial media platformasında verdiyi açıqlamada heyvanların davranışının "sürünü qorumaq üçün təhlükələrə təbii cavab" olduğunu bildirib.

Görüntülər sosial şəbəkələrdə ən çox izlənənlərdən birinə çevrilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.