Rusiyada daha bir məmur həbs edildi - 50 milyon rüşvət alıbmış

17-04-2025, 15:44           
Rusiyada daha bir məmur həbs edildi - 50 milyon rüşvət alıbmış
Rusiyanın İvanovo vilayətinin Yol Təsərrüfatı və Nəqliyyat Departamentinin birinci müavini Aleksey Panqov rüşvət işi üzrə həbs olunub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.

“Qərarla məhkəmənin vəsatəti təmin olunub, barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı İvanovo vilayət prokurorunun nəzarətindədir”, – deyə prokurorluğun məlumatında bildirilir.

Qeyd olunur ki, Panqov 50 milyon rubl məbləğində rüşvət almaqda ittiham olunur.

Bundan bir gün əvvəl eyni cinayət işi çərçivəsində İvanovo vilayətinin Yol Təsərrüfatı Departamentinin direktoru da saxlanılmışdı.

Ötən gün Komi Respublikasının keçmiş vitse-premyeri Anton Vinogradov da rüşvət alma ittihamı ilə Moskva şəhərində saxlanılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.