“Buça qırğını”nında iştirak etmiş briqada komandiri öldürülüb

Bu gün, 10:18           
“Buça qırğını”nında iştirak etmiş briqada komandiri öldürülüb
Polkovnik Sergey İlyin müharibədə həlak olub

Rusiya Silahlı Qüvvələrinin 155-ci briqadanın komandiri, polkovnik Sergey İlyin müharibədə həlak olub.

AYNA.AZ xəbər verir ki, hərbçinin ölümü və dəfn mərasimi ilə bağlı Çuvaş Respublikasının Urmarski bələdiyyə dairəsinin administrasiyası məlumat yayıb.

Bir sıra məlumatlara görə, Sergey İlyin iyulun 2-də Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə endirdiyi zərbələr zamanı həlak olub. Bu barədə Astra nəşri məlumat yayıb. Onunla birlikdə Hərbi Dəniz Qüvvələrinin Baş Komandanının müavini, general-mayor Mixail Qudkov həlak olub.

“Politika Strany” nəşri xəbər verir ki, Ukrayna hücumun Kursk vilayətinin Korenevo şəhərindəki 155-ci briqadanın komanda məntəqəsinə edildiyini yazıb.

155-ci dəniz piyada briqadasının hərbçiləri Kiyev vilayətinin işğalında iştirak ediblər. Onlar Buça, Qostomel və İrpendə hərbi cinayətlərdə və mülki əhalinin qətlində ittiham olunurdular.

2024-cü ildə Putin “birbaşa xətt”ində briqadanın döyüş bayrağını nümayiş etdirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.