Bakıda planetin ən varlı adamlarından birinin səfərinə hazırlaşırlar

6-11-2017, 22:52           

“Alibaba Group” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Cek Ma bu il 5-8 dekabr tarixlərində keçiriləcək “BakuTel” beynəlxalq sərgisinə gələ bilər.

Trend bu barədə ölkənin IT bazarındakı mənbəyə istinadən məlumat verib.

Məlumata görə, bu barədə ilkin razılaşma bu ilin aprelində Cenevrədə keçirilmiş BMT ticarət və inkişaf konfransı zamanı əldə olunub.

"Biz çalışırıq ki, o, Bakutel-ə gəlsin", - deyə agentliyin mənbəyi vurğulayıb.

Cek Manın Azərbaycana gözlənilən səfəri tanışlıq xarakteri daşıyacaq.

Virtualaz.org xatırladır ki, Cek Ma planetin ən zəngin insanlarından biridir. Onun sərvəti təxminən 40 milyard dollar civarında qiymətləndirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.