İsa Qəmbər bu gün xəstəxanadan çıxa bilər

26-02-2018, 10:00           
İsa Qəmbər bu gün xəstəxanadan çıxa bilər
Aidə Qəmbər: “Növbəti müayinə olacaq”

Fevralın 23-də yenidən Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin hazırda müayinəsi davam edir. İsa bəy özünü normal hiss edir və bu gün evə buraxıla bilər.

Bu barədə onun həyat yoldaşı Aidə Qəmbər “Yeni Müsavat”a məlumat verdi: “Birinci gün növbəti müayinə olacaq. Ondan sonra qərar qəbul ediləcək. Yəqin ki, evə gedərik. Müayinələr kifayət edən kimi evə gedəcəyik. Özünü tam yaxşı hiss edir, hazırda da hər şey qaydasındadır”.

Qeyd edək ki, bundan öncə ötən ay yanvarın 13-də İsa Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru