Ağstafada həmyerlisini güllələyən şəxs saxlanılıb

28-02-2018, 10:54           
Ağstafada həmyerlisini güllələyən şəxs saxlanılıb
Ağstafa rayonunun Dağkəsəmən kəndində silahlı insident törədən şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəxsi münasibətlər zəminində rayon sakini, 1983-cü il təvəllüdlü Qurbanov Tural İbrahim oğlu rayonun Dağkəsəmən kənd sakini, 1984-cü il təvəllüdlü Niyazov Rauf Fikrət oğluna ov tüfəngi ilə atəş açaraq onu qol və bud nahiyələrindən yaralayıb.

Yaralı yaxınları tərəfindən Qazax rayon Müalicə Diaqnoztika Mərkəzinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirlir.

Hadisəni törədən şəxs isə Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru