“Google” ölümü qabaqcadan xəbər verəcək

28-02-2018, 17:13           

“Google” şirkətinin “DeepMind” bölməsinin proqramçıları xəstənin vəziyyətindəki dəyişiklikləri, o cümlədən mümkün ölüm halını qabaqcadan müəyyənləşdirəcək süni zəkanın yaradılması üzərində çalışırlar.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

Proqramçılar bu işlə bağlı ABŞ-ın Veteranların işi üzrə nazirliyi ilə əməkdaşlığa başlayıblar. Nəticədə neyroşəbəkə 700 minə yaxın keçmiş hərbçinin xəstəlik tarixçəsini əldə edib. Mütəxəssislərin başlıca vəzifələrindən biri kəskin böyrək çatışmazlığı və ya pnevmoniya kimi xəstəliklərin üzə çıxarılması olacaq.

Son nəticədə “DeepMind”ın yeniliyi tibb bacılarının xəstələrə düzgün qulluq etməsinə və həkim səhvlərini azaltmağa imkan verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.