Azərbaycan Rusiyaya pomidor ixracının həcminə görə liderdir

1-03-2018, 00:29           

Azərbaycan 2017-ci ildə Rusiyaya pomidor tədarükünün həcminə görə lider olub.

Trend-in məlumatına görə, ötən il Azərbaycan RF-yə pomidor ixracını 1,5 dəfə – 151 min tonadək (151 milyon dollar) artırıb. Belə olan halda, ölkənin Rusiya idxalının illik həcmində payı 30 faizədək (2016-cı ildə 22 faiz) artıb.

Rusiya Federal Gömrük Xidmətinin hesabatına istinadən Çin RF-yə pomidor tədarükü üzrə ikinci (109 min ton – 26 faiz), Mərakeş isə üçüncü (97 min ton – 23 faiz) sıradadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru