Britaniyalı köhnə dəm çaynikini 575 min funt sterlinqə satıb

1-03-2018, 09:01           
Britaniyalı köhnə dəm çaynikini 575 min funt sterlinqə satıb
Britaniyalı tərəfindən 2 il bundan öncə 15 funt sterlinqə alınmış, qapağı itmiş çini çaydan iki il sonra auksionda 575 min funt sterlinqə satılıb. Bu haqda lenta.ru saytı xəbər verib.



“Woolley & Wallis” auksion evi tərəfindən satışı təşkil olunan çaydan ekspertlərin təxminindən 23 dəfə baha qiymətə satılıb. Son olaraq qiymət artımını londonlu diller Roderik Celliko edib. O, Nyu-Yorkun metropoliten muzeyinin maraqlarını təmsil edib. Bu ajiotajın səbəbi çaydanın XVIII əsrdə Amerikanın ilk çini qab fabrikində hazırlanmasıdır. Bu fabrikin istehsalı olan 7 qab aşkara çıxarılıb və müxtəlif muzeylərdə, kolleksiyaçılarda saxlanılır.



2016-cı ildə britaniyalı antikvar həvəskarı bu çaydanı onlayn auksionda cəmi 15 funt sterlinqə satın alıb. Həmin vaxt onun heç ağlına da gəlmirdi ki, bu çaydanın gerçək dəyəri olduqca yüksəkdir.
Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru