Moldova prezidenti Almaniyaya aşağı büdcəli aviaşirkətin təyyarəsilə uçub

2-03-2018, 08:55           
Moldova prezidenti Almaniyaya aşağı büdcəli aviaşirkətin təyyarəsilə uçub
Moldova prezidenti İqor Dodon Almaniyaya işgüzar səfərə ölkədə fəaliyyət göstərən aşağı büdcəli aviaşirkətin təyyarəsilə yollanıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, 2016-cı ildən Moldova prezidenti olan İ. Dodon ənənəsinə sadiq qalaraq xarici səfərlər zamanı çarterlə yox, adi müntəzəm reyslərdən istifadə edir.

Bu zaman o, təyyarədə “ekonom sinif”inə üstünlük verir. Ötən gün Almaniyaya işgüzar səfərə yollanan dövlət başçısının şəklini hava gəmisinin göyərtəsində sərnişinlərdən biri çəkərək öz “Facebook” səhifəsində paylaşıb.

Almaniyada İqor Dodonun ölkə prezidenti, kansleri, hökumət rəsmiləri və vətəndaş cəmiyyəti ilə bir sıra görüş və məsləhətləşmələri planlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru