Respublika Narkoloji Mərkəzində yanğın: 3 yaralı - FOTO (YENİLƏNDİ)
2-03-2018, 10:26
Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanğın zamanı 30-a yaxın xəstə təxliyyə edilib. Yanğın zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
***
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğınsöndürmə işləri davam edir.
teref.az FHN-in saytına istinadən verdiyi xəbərə görə, saat 08:18-də yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verib.
“Report” xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, eləcə də "təcili tibbi yardım" briqadaları cəlb olunub.
Yanğın zamanı 1 nəfər ölüb. Meyiti aşkar edilən şəxsin Mərkəzdə müalicə alan xəstələrdən biri olduğu və hazırda şəxsiyyətinin məlum olmadığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.
Azərbaycan Baş Prokurorluğunun yüksək vəzifəli şəxsləri hadisə yerinə cəlb olunublar.