Ayı ilə pələngin ölüm-dirim savaşı – VİDEO

3-03-2018, 10:20           

Hindistanda safari zamanı ayı ilə pələngin savaşı lentə alınıb.

Oxu.Az NDTV-yə istinadən xəbər verir ki, hadisə çərşənbə günü, Maxaraştra ştatında qeydə alınıb.

Naturalist Akşay Kumarın dediyinə görə, döyüşü Matkasur ləqəbli yeddi yaşlı pələng başlayıb. O, balaları ilə çeşmə başına gəlmiş ayıya hücum çəkib.

“Pələng beş dəqiqədən çox dişi ayıya hücum edirdi. Ayı balalarını qorumaq üçün onları təqib edən pələngin üzərinə atılmalı oldu”, - deyə o bildirib.

Döyüşdə yırtıcılar yaralansa da, hər ikisi sağ qalıb.
[media=https://www.youtube.com/watch?v=29qeGHksdQY]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru