Ötən il Məhkəmə Hüquq Şurası 130-dan çox hakimin fəaliyyətini qiymətləndirib

3-03-2018, 13:41           
Ötən il Məhkəmə Hüquq Şurası 130-dan çox hakimin fəaliyyətini qiymətləndirib
"Ötən il Məhkəmə Hüquq Şurası tərəfindən səlahiyyət müddəti başa çatmış 130-dan çox hakimin fəaliyyəti qiymətləndirilib. Ciddi qanun pozuntusuna yol vermiş 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətinə xitam verilib".

APA-nın məlumatına görə, bunu Nizami rayon Məhkəməsinin sədri Ələddin Cəfərov Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. O bildirib ki, 2017-ci ildə 6 məhkəmə sədri, apellyasiya məhkəmələrinin 8 hakimi aşağı vəzifələrə keçirilib.

"2017-ci ildə məhkəmələrə müraciətlərin sayı ötən ilə nisbətən azalıb. Birinci instansiya məhkəmələrinin mülki işlər üzrə qərarlarının 97,6 faizi, hökmlərin isə 88,3 faizi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməyərək sabit qalıb", - deyə Ə.Cəfərov vurğulayıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru