“Lotu Quli”yə sui-qəsd xəbəri yayıldı

4-03-2018, 17:44           

Sosial şəbəkələrdə atışma videosu yayılıb və şərhlərdə iddia olunur ki, guya bu kadrlar kriminal avtoritet Nadir Səlifovun (“Lotu Quli”) qətlinin görüntüsüdür.

Videoda ağ rəngli avtomobildə bir qrup insan dayanacaqda durmuş avtomobilləri əzərək atəş açır. Kadr arxasındakı qadın səsi bildirir ki, atışma nəticəsində “Lotu Quli” qətlə yetirilib.

Gununsesi.info xəbər verir ki, məlumatı dəqiqləşdirmək üçün Virtualaz.org-un əməkdaşları Nadir Səlifovun özü ilə əlaqə yaradıblar və o, həmin məlumatı şəxsən təkzib edib.

Məlum olub ki, kriminal avtoritetə qarşı heç bir sui-qəsd olmayıb, onun özü isə hazırda İstanbulda yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru