Putin Kim Çen kimi danışdı: ABŞ bu çağırışı qəbul edəcək...
5-03-2018, 09:34
Silahlanma yarışı artıq başlayıb.
Axar.az xəbər verir ki, bunu "Exo Moskva" radiosuna müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.
"Rusiyanın verdiyi bəyanatları adətən Pxenyandan Kim Çen İn verir. O da deyir ki, biz sizi yandıracağıq, sizin Floridanıza bizim nüvə raketləri düşəcək. Amerikalıların Putinin bəyanatına yanaşması Kimə verdikləri reaksiya kimi olacaq. Yəni Amerika Rusiyanın çağırışını qəbul edəcək, Rusiya ilə danışacaq, amma məhdudiyyətləri, sanksiyaları artıracaq.
Kreml ümid edir ki, avropalılar zəiflik göstərəcəklər. Lakin bunlar 70-ci illərdə baş verirdi. O zaman SSRİ təbliğatı hər şeyi parçalamağa çalışırdı. Avropa və Amerikanı parçalamaq Moskvanın qızıl arzusudur.
Rusiyanın Maliyyə naziri Anton Siluanov bir neçə ay öncə SSRİ-nin silahlanmaya böyük vəsait ayırdığı üçün çökdüyünü deyirdi. Görünür, indi də biz bu istiqamətdə gedirik", - deyə o bildirib.