Dünyanın ən minimalist telefonu hazırlandı

6-03-2018, 09:43           

Yeni telefon hazırlanıb. Lakin müasir smartfonların heç bir funksiyalarını dəstəkləmir.

Publika.az xəbər verir ki, cəmiyyətdə smartfon asılılığından xilas olmaq istəyən şəxsləri düşünən ABŞ-ın “Light” şirkəti yeni cihaz hazırlayıb. Belə ki, şirkət "ağıllı" telefonların təqdim etdiyi funksiyalara ehtiyac duymayan insanlar üçün nəzərdə tutduğu “Light Phone 2” üçün vəsait toplama kampaniyasına başlayıb.

İstehsalçılar yalnız zəng üçün istifadə edilə bilən minimalist telefonun 2-ci nəslini çıxarmaq istəyirlər. Startap bir neçə gün ərzində 340 min dollar toplamağa müvəffəq olub.

“Android” əsaslı “LightOS” sisteminin idarəetməsi altında işləyən yeni telefon alüminium korpus, “e-ink” displey və yeni funksiyalarla (mətn mesajları və zəngli saat) təchiz edilib. İstifadəçilər yan paneldə yerləşən fiziki düymələrin köməyi ilə menyunu idarə edə bilirlər. Bundan başqa yalnız sensor ekranın köməyi ilə SMS yazmaq da olar.

İstehsalçılar 2019-cu ilin aprel ayından başlayaraq bu telefonları tədarük etməyə başlayacaqlar. Hazırda qiyməti 250 dollar olaraq qərarlaşdırılan telefonlar, vəsait toplama kampaniyası bitdikdən sonra 400 dollara satılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru