Mingəçevir su anbarında çat yaranıb? - Rəsmi Açıqlama

4-09-2015, 12:26           
Mingəçevir su anbarında çat yaranıb? - Rəsmi Açıqlama
“Mingəçevir su anbarında heç bir çat yaranmayıb. Belə təhlükə olsaydı, bizə məlumat daxil olardı”. Bu barədə AzVision.az-a Mingəçevir şəhər İcra Hakimiyyətindən məlumata verilib. Bildirilib ki, hazırda icra rəsmiləri əraziyə baxış keçirmək üçün yollanıblar. “Şəhərdəki evlərdə hələ ki, çatlar və dağıntılar barədə heç bir məlumat yoxdur. Əgər belə bir dağıntı olsaydı, bizə məlumat daxil olardı”.

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın bir sıra bölgələrində zəlzələ olub. Sakinlərin bildirdiyinə görə, yeraltı təkan paytaxt Bakı ilə yanaşı Gəncə, Mingəçevir, Ağdam, Füzuli, Biləsuvar, Xaçmaz, Tovuz, Yevlax, Gədəbəy, Zaqatala, Balakən, Şəki, Ucar, Göyçay, Ağdaş, Şamaxı, İsmayıllı və digər rayonlarda hiss olunub. Mingəçevir sakinlərinin AzVision.az verdiyi məlumata görə, zəlzələdən təşvişə düşən sakinlər evlərini tərk etməyə başlayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.