Cahangir Hacıyevlə bağlı xəbər təsdiqləndi - Beynəlxalq Bank imtina edib
17-04-2015, 15:45
“7 Hills” (“7 təpə”) yaşayış kompleksi bank tərəfdaşını dəyişib. Şirkət mənzillərini daha Azərbaycan Beynəlxalq Bankının tərəfdaşlığı ilə ipotekaya verməyəcək.
Axar.az xəbər verir ki, ABB ilə tərəfdaşlıqdan imtina edilib və “Bank Technique” ilə davam etdiriləcək. Əməkdaşımız “7 Hills” (“7 təpə”) şirkəti ilə müştəri qismində əlaqə saxlayıb və xəbər təsdiqlənib.
Bank tərəfdaşının dəyişməsi Cahangir Hacıyevin ABB İdarə Heyətinin sədri vəzifəsindən istefası ilə üst-üstə düşüb. “7 Hills” (“7 təpə”) layihəsində C.Hacıyevin əsas payçılardan biri olduğu deyilir. Onun istefasından sonra ABB-nin bu layihəni maliyyələşdirməsi məqsədəuyğun sayılmayıb.
Xatırladaq ki, C.Hacıyevin “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunacağı ilə bağlı xəbərlər gəzməkdədir.